Azərbaycanda bu il 2 mindən çox minik avtomobili istehsal olunub
18.12.2019

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 072 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Visiontv.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  APA-ya verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,1% azalaraq 901 ədəd təşkil edib.

Məlumata əsasən, bu ilin 11 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.