Azərbaycanda bu günə qədər meymunçiçəyinə şübhəli hallar qeydə alınmayıb.
Visiontv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq.