Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
26.11.2026

Parlament Azərbaycan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında Sazişi təsdiqləyəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

visiontv.az