Avtoritar liderlər qorxaq və iradəcə zəif olur...
Avtoritar liderlər qorxaq və iradəcə zəif olur...
06.01.2026 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ prezidenti D. Trampın Venesuelaya hərbi müdaxilə və prezident N. Moduranı həbs edilməsi ilk və sonuncu hadisə deyil. Bu, beynəlxalq hüququ pozsa da, N. Moduranın da prezident kimi legitimliyi yoxuydu. Ümumiyyətlə, N. Modura avtoritar sistem qurmuşdu. Venesuelanin neftlə zəngin sərvətlərindən ölkəni deyil, yalnız özünün şəxsi məqsədləri üçün istifadə etdi.

Baş verənlər N. Moduranın anti - xalq siyasətinin nəticəsidir. Avtoritar sistem quranlar qorxaq və aciz olurlar. Fikir versək, müasir tarixdə avtoritar liderlərin aqibətləri acınacaqlı olub. İraqın keçmiş lideri Səddam Hüseyn özünü güllələyib öldürə bilərdi. Amma, buna cəsarəti çatmadı. Rüsvayçı şəkildə asdılar. Liviya lideri M. Qəddafi alçaldıcı şəkildə öldürüldü. Venesuelanin avtoritar lideri Nikola Madura cəsarət tapıb, döyüşmədi; rüsvayçı şəkildə yataq otağında təslim oldu.

Xalqı ilə hesablaşmayan liderlərin aqibəti rüsvayçı olur.

Məhəmməd Əsədullazadə

visiontv.az