Anar Əliyev: "Nə xoş bizə ki, dövlətimizin, Prezidentimizin apardığı mübarizədə iştirakçı olmaq şansı əldə etmişik"
30.08.2024

85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən deputatlığa namizəd Anar Əliyevlə müsahibə.

     - Anar müəllim siz Azərbaycanda tanınmış politoloqsunuz, niyə millət vəkili olmaq istədiniz? Politoloq kimi işinizi peşəkar görürsünüz, necə düşünürsünüz millət vəkilli kimi öhdəliyinizi də yerinə yetirə biləcəksiniz?

- Öncə sizə təşəkkür edirəm. Oxuduğum, öyrəndiklərimdən, apardığım araşdırmalarımdan əldə etdiyim biliklərim üzərindən hər zaman dövlətim və xalqımın maraqları naminə çalışmışam və hesab etmişəm ki, bizim bir vətəndaş olaraq məsuliyyətimiz, borcumuz, dövlət qarşısında, xalq qarşısında heç zaman bitməz ödənməz. Və hər bir şəxs öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəksə, ona tapşırılan vəzifənin vicdanla, məsuliyyətlə öhdəsidən gəlməyə çalışacaqsa, biz çox ciddi uğurlar əldə edəcəyik. Bu proses Azərbaycanda yüksək səviyyədə uğurla davam etməkdədir. Millət vəklili seçilmək istəyim isə daha çox seçicilərlə, insanlarımızla bağlıdır. Ünsiyyətdə olduğum çox sayda insanlarımızın, vətəndaşlarımızın müraciətlərini, onların bizim səsimiz olmaqla bağlı çağırışlarını nəzərə alaraq, 85 saylı Füzulu-Ağcabədi Seçki dairəsindən namizədliyimi irəli sürdüm və qısa müddət ərzində namizədliyimin qeydə alınması üçün tələb olunan imzaları toplayıb dairə seçki komisiyasına verdim. Hesab edirəm ki, burada başlıca məsələ kimin harada olması və hansı vəzifəni tutması deyil, tutduğu vəzifəyə vicdanla yanaşması, bu işin öhdəsindən ləyaqətlə gəlmək istəyiylə, arzularıyla bağlıdır. Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadə 100 il bundan öncə qeyd edirdi ki, üzləşdiyimiz bir çox problemlərin həlli daha çox vətəndaş yetişdirmək məsuliyyətimizlə bağlıdır. Açıq şəkildə bəyan edirdi ki, vətəndaş adlandırdığımız şəxs, öz mövqeyi ilə, vətəndaş məsuliyyəti ilə fərqlənməlidir. Mən də hesab edirəm ki, 100 ildən sonra da bu gün Azərbaycan üçün ən vacib məsələ hər birimizin vətəndaşlıq hissidir, vətəndaşlıq duyğusudur, vətəndaşlıq məsuliyyətimizi dərk etməyimizlə bağlıdır. Hər birimiz, müəllimi müəllim kimi, həkimi həkim kimi, jurnalisti jurnalist kimi, millət vəkili millət vəkili kimi üzərinə düşən, bizə etibar edilən vəzifəni məsuliyyətlə verinə yetirəcəyiksə, vətəndaşlıq mövqeyimizi, vətəndaşlıq məsuliyyətimizi daim hiss edəcəyiksə, daha ciddi uğurlara imza atmış olacağıq. Nəzərə almaq lazımdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük hədəflərə nail olduğumuz bir mərhələ uğurla başa çatdıb. Növbəti bir mərhələyə artıq qədəm qoymuşuq və bu mərhələnin çağırışlarına uyğun da hər bir vətəndaşımızın üzərinə çox ciddi məsuliyyətlər düşür.

- Seçiciləriniz niyə sizə səs verməlidirlər?

- Qeyd etdiyim kimi, qısa müddət erzində məhz seçicilərimizin dəstəyi ilə imzatoplama kampaniyasını bitirib, sənədlərimizi dairə şeçki komisiyasına təqdim etdik. Həm imzatoplama kompaniyası, həm imzalarımızın ekspretiza edilməsi mərhələsi çox açıq şəkildə həyata keçirildi, heç bir problem müşahidə etmədik. Eyni zamanda, imzalarımız təsdiq edildikdən sonra biz aktiv təbliğat-təşviqat kompaniyasına başladıq, seçicilərimizlə uğurlu görüşlər keçirməyə başladıq. Ötən müddət ərzində ayrı-ayrı kəndlərdə, yaşayış məntəqələrində onlarla görüş təşkil olundu, minə yaxın seçicimizlə görüşə bildik, onları dinlədik, onları narahat edən qayğıları birgə müzakirə etdik. Hesab edirəm ki, həm də yekunlaşmaqda olan təbliğat-təşviqat mərhələsi kifayət qədər dekokratik şəraitdə, heç bir maneə olmadan həyata keçməkdədir. Hər bir namizəd üçün bərabər rəqbət mühiti formalaşdırılıb. Mən buna görə təbii ki, dövlətimizə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, müvafiq qurumlara, xüsusilə də Mərkəzi Seçki Komissiyasına, onun sədri hörmətli Məzahir müəllimə, Dairə Seçki Komissiyasına, yerli icra orqanlarına, müvafiq qurumların hər birinə təşəkkürümü bildirirəm. Namizədlər arasında hər hansı bir fərq qoyulmadan, qaydalara, qanunlara uyğun şərait formalaşdırılıb.
Seçicilərimlə görüşlərdə də dəfələrlə bəyan etdiyim kimi, Azərbaycan bu ilin fevral ayında dünyaya, özünü demokratiyanın beşiyi adlandıran bir sıra dövlətlərə demokratik, azad seçki nümunəsi təqdim etdiyi kimi, sentyabr ayının 1-də də hər bir vətəndaşımız öz üzərinə düşən mövqeyinə məsuliyyətlə yanaşacaq və biz növbəti dəfə Azərbaycanın demokratik seçki nümunəsini ortaya qoyacayıq. Və Azərbaycanın əldə etdiyi uğurları qəbul etmək istəməyən, yeni yaratdığımız reallıqları dəyişməyə çalışan, Cənubi Qafqazla bağlı neoimperialist iddialarını həyata keçirməyə çalışanlara bir daha öz sözümüzü deyəcəyik. Hər birimiz bir vətəndaş olaraq seçkilərə gedəcəyik, layiq bildiyimiz namizədə səs verəcəyik.
Hesab edirəm ki, rəqiblərim və digər dairələrdən olan namizədlər də təsdiq edər ki, seçkiöncəsi namizədlər üçün heç bir fərq qoyulmadan, tam demoktarik mühit yaradılıbdır, formalaşdırılıb. Məhz Azərbaycanın imicinə, yaratdığı yeni reallıqlara, dövlətimizin, liderimizin qarşımıza qoyduğu vəzifələrə, tapşırıqlara uyğun seçki mühiti yaradılıb və insanlarımız, seçicilərimiz çox aktivdir. Seçkilərdə iştirakla bağlı, namizədlərlə görüşlərdə, onların öz namizədlərini şeçməklə bağlı məsələlərdə aktiv vətəndaş mövqeyi ortaya qoyurlar. Hesab edirəm ki, bu mövqeni 1 sentyabrda böyük coşqu ilə və taleyimizə özümüzün sahib olduğumuzu nümayiş etdirmək əzmiylə bir daha göstərəcəyik.
Bu mənada seçkiöncəsi mühiti, eyni zamanda namizədlərə yaradılan rəqabət şəraitini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, layiqli olan, seçicinin rəqbətini qazanan insanlarımız qalib gələcək və 7-ci çağırış Milli Məclis məhz Azərbaycanın yeni dövrünün tələblərinə uyğun, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı gərgin mübarizənin ruhuna uyğun, xalqın seçimi və səsi əsasında formalaşacaqdır. Bundan sonra bu parlament həm də bizim diplomatiya mübarizəmizin, möhtərəm prezidentimizin həyata keçirdiyi gərgin işlərin bir həlqəsinə çevriləcəkdir.

- Yeni sima kimi qanunverici orqana yeni nə təklif edəcəksiniz ki, bu seçicilərinizin ürəyincə olacaq?

- Seçicilərlə keçirilən görüşlərdə platformamızı bir daha onlar üçün çatdırdıq. Bizim regionla, bölgəmizlə bağlı, həm Füzuli, həm də Ağcəbədi seçiciləri ilə keçirdiyimiz görüşlərdə, millət vəkili seçildikdən həyata keçirəcəyimiz bir çox işlərdən danışdıq. Xüsusilə istedadlı gənclərimizin daha intensiv təhsil proqramlarına cəlb edilməsi, onların beynəlxalq yarışlarda, olimpiadalarda iştirakının təmin olunması istiqamətində, xarici universitetlərdə təhsillə bağlı Dövlət Proqramına uyğun olaraq Füzuli, Ağcəbədidən olan istedadlı gənclərimizin xarici ölkələrdə təhsil almasına yönəlik çox böyük layihələrimiz olacaq. Eyni zamanda, bizim hamımızın borclu olduğumuz və hər zaman dövlətimizin də, liderimizin də diqqət və qayğısını hiss etdiyimiz insanlara, şəhid ailələri və qazilərimizə yönəlik çox böyük layihələrimiz var. Hər bir şəhidimiz haqqında sənədli filmlərin çəkilməsini, onların həyatının, keçdikləri yolun əbədiləşdirilməsi və bir nümunə olaraq Azərbaycan gənclərinə təbliğ edilməsi istiqamətində böyük planlarımız, böyük işlərimiz var. Eyni zamanda insanlarımızla daha çox işləyəcəyimizi seçicilərimizə bir daha bəyan etdik. Biz hər bir vətəndaşımızı, hər bir seçicimizi ayrı-ayrılıqda mütəmadi olaraq dinləyəcəyimizi, seçicilərimizlə seçkidən seçkiyə deyil, hər ay görüşlərimizin olacağını, onları narahat edən məsələləri müvafiq dövlət qurumları qarşısında qaldıracağımızı və həllinə çalışacağımızı bəyan etdik. Hesab edirəm ki, indiyə qədər etdiyimiz mübarizə, keçdiyimiz yol, eyni zamanda vətəndaşlarımızla görüşlər zamanı həyata keçirəcəyimiz və səsləndirdiyimiz proqramımız seçicilərimizin rəqiblərin içərisində məhz mənə səs vermələrinə stimul olacaqdır.
Bu mənada, sentyabr ayının 1-də seçicilərimizin böyük səs çoxluğu ilə Əliyev Anar Möhtərəm oğluna səs veriləcəyi, dövlətimizin etimadı, xalqımızın səsi ilə millət vəkili seçiləcəyimə inanıram. Vətəndaşları da sizin yaratdığınız imkanlardan istifafə edərək bir daha seçkilərdə aktiv iştirak etməyə, seçki məntəqələrinə gəlməyə və layiqli bildiyi namizədə səs verməyə çağırıram.

- Hazırda təbliğat-təşviqat kampaniyası sona çatmaq üzrədir. Vətəndaşlarla onların etibarını qazanacaq həddə ünsiyyət qura bildinizmi?
- Yuxarıda da sualınıza cavab olaraq qeyd etdiyim kimi, təbliğat-təşviqat kampaniyasını çox böyük aktivlik ilə həyata keçiririk. Mənim indiyə qədərki fəaliyyətim, xüsusilə KİV-dəki çoxsaylı çıxışlarım cəmiyyət tərəfindən çox diqqətlə izlənilirmiş. Mən bunu, bu sevgini seçicilərimlə görüşdə xüsusilə hiss etdim. Televiziya çıxışlarım haqda, ayrı –ayrı debatlarda səsləndirdiyim fikirlər haqda seçicilərimdən xoş sözlər, xoş rəylər eşidirəm. Və bu məni təbii ki, mübarizəyə daha da stimullaşdırır, daha da ruhlandırır. Hesab edirəm ki, seçicilərimizlə çox ciddi, səmimi ünsiyyət qura bildik. Bu proses davam edir. Həm Füzuli, həm də Ağcəbədi seçiciləri ilə keçirdiyimiz çoxsaylı görüşlərdə mən şəxsimə olan sevgini, bu günə qədər politoloq kimi fəaliyyətimə seçicilərimizin, insanlarımızın verdiyi yüksək qiyməti bir daha müşahidə etdim. Bir daha əmin oldum ki, xalqımız qədirbilən xalqdır. Xalqımız aparılan mübarizəni, görülən işləri, eyni zamanda, tam əksinə görülməyən işləri, vəd verilən amma yerinə yetirilməyənləri də çox düzgün qiymətləndirməyi bacarır, ağı qaradan, yaxşını pisdən seçməyi bacarır. Hesab edirəm ki, sentyabrın 1-də də seçicilərimiz öz seçimləri ilə xalqımızın, dövlətimizin, özlərinin taleyinə nə qədər aktiv vətəndaş movqeyindən yanaşdığını bir daha nümayiş etdirmiş olacaqlar.

- Seçicilər millət vəkilindən nə gözləyirlər, daha çox nələrin olmasını arzulayırlar? Siz deputat seçilsəniz deyilən istəyi yerinə yetirməyə gücünüz çatacaq?
- Maraqli sualdır. Seçicilərimizlə keçirdiyimiz çoxsaylı görüşlər zamanı bir sıra məsələləri qaldırdılar. Amma mən xüsusi ciddi bir problemi müşahidə etmədim. Seçicilərimizlə görüşdə mən bir daha gördüm ki, hər bir vətəndaşımız liderimizə, möhtərəm cənab prezidentimizə nə qədər böyük sevgi, nə qədər böyük ehtiram bəsləyir. Onun xalqımız və dövlətimiz naminə həyata keçirdiyi uğurlu siyasəti nə qədər sevgi və rəğbətlə izləyirlər, dəstəkləyirlər.
Hər bir vətəndaşımız hansı gərgin mübarizələrin, ağıllı, düşünülmüş, ardıcıl fəaliyyətin nəticəsində ərazi bütövlüyü və dövlət suverenliyimizi təmin etdiyimizi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin millətimiz və xalqımız naminə apardığı mübarizənin, Ermənistan və havadarlarının məkrli planlarını dərk edir və hər zaman da dövlətimizin və Prezidentimizin yanın olduğunu bəyan efir. Və bunu bir vətəndaş, bir alim olaraq müşahidə etmək, bu proseslərin içində olmaq böyük qürurvericidir. Amma eyni zamanda vətəndaşlarımızı narahat edən bəzi lokal səviyyəli məsələləri də biz müşahidə etdik, dinlədik. Xüsusilə də seçilmiş millət vəkilinin seçicilərlə görüşməməsi, seçicilərin millət vəkili ilə ünsiyyət qura bilməməsi, onunla əlaqə saxlamaq üçün çox müxtəlif, çox çətin yollardan, vasitələrdən istifadə etmələri insanlarımızda müəyyən bir təəssüf hissi formalaşdırıb. Seçicilərimizin səsləndirdikləri ən vacib məqam seçdikləri şəxslə, millət vəkili ilə daha rahat ünsiyyət qura bilmələri ilə bağlıdır. Bu gün apardığımız təbliğat-təşviqat kampaniyası çərçivəsində mən müşahidə etdim ki, insanlarımız daha çox onların dinlənilməməsindən, onlarla görüşülməməsindən narahatdırlar. Digər qaldırılan məsələlər isə hesab edirəm ki, çox qısa vaxtda, yerindəcə həll oluna bilinəcək məsələlərdir. Elə də ciddi, böyük problemlər müşahidə etmədik.
Amma eyni zamanda, müşahidə etdiklərim seçicilərimlə çox rahat şəkildə ünsiyyət qura bilməyimi, mənə göstərilən etimada məsuliyyətlə yanaşmaq hissini daha da artırdı. Hesab edirəm ki, millət vəkili seçildikdən sonra qanunvericilik orqanında fəaliyyətimlə yanaşı, ən başlıca işim daim seçicilərimin yanında olmaq, onları dinləmək və xalq-hakimiyyət, xalq-İlham Əliyev birliyinə zərbə vura biləcək ən xırda detalları belə nəzərdən qaçırmadan, həmin məqamların üzərinə getmək və bu birliyi gücləndirmək istiqamətində bütün gücümlə çalışmaq olacaqdır.
Hətta emosional, bəzən haqsız mövqe mümayiş etdirən vətəndaşlarımızın da yanında olmaqla, onu dinləməklə kənar qüvvələrə, Azərbaycanı sevməyən, istəməyən, əldə etdiyimiz uğurları əlimizdən almağa çalışan güclərə, dövlətimizin, liderimizin iradəsinə təsir etməyə çalışan qüvvələrə daxildən bizə zərbə vurmaq, birliyimizi zəiflətmək üçün hər hansı bir imkan verməməliyik.
Son olaraq bir daha təkrar etmək istəyirəm ki, mən millət vəkili seçildikdən sonra qarşıya qoyduğumuz böyük planları həyata keçirməklə yanaşı, seçicimə verdiyim vədim bundan ibarətdir ki, bu günə qədər necə dövlətimin, Prezidentimin mübarizəsində bir zərrə olmağa çalışmışamsa və bununla qürur duymuşamsa, bundan sonra da dövlətimin, müzəffər Liderimin mübarizəsində yorulmadan iştirak edəcəyəm. Mən seçicimə başlıca olaraq onu vəd etmişəm, söz vermişəm ki, hər an seçicimlə birlikdə olacam. Onların yanında olacam, onları dinləyəcəm. Millət vəkilləri ilə rahat ünsiyyt formalarını biz artıq hazırlamışıq. Sentyabr ayının 2-dən gec olmayaraq seçicilərimizə təqdim edəcəyik. Seçici onu narahat edən məsələlərlə bağlı millət vəkili ilə çox rahat şəkildə, heç bir maneə olmadan, heç bir müxtəlif yollar axtarmadan, kiməsə çıxmadan, kiməsə müraciət etməyə ehtiyacı duymadan bir başa əlaqə saxlaya biləcəklər. Hesab edirəm ki, bununla da biz dövlətimizə, xalqımıza xidmət etmiş olacağıq. Bununla da biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımız və dövlətimiz naminə gecə-gündüz apardığı mübarizəyə xidmət etmiş olacağıq və bu bizim üçün böyük qurur və şərəf olacaqdır. Nə xoş bizə ki, dövlətimizin, Prezidentimizin apardığı mübarizədə iştirakçı olmaq şansı əldə etmişik. Və Allahın izni, dövlətimizin etimadı, seçicimizin səsiylə millət vəkili seçildikdən sonra bu məqama daha ciddi məsuliyyətlə yanaşacağıq. Bunu həyatımızın bir ləyaqət, bir şərəf, bir sınaq mərhələsi hesab edəcəyik. Allahdan da arzum budur ki, bu sınaqdanda alnıaçıq, üzüağ çıxaq. Dövlətimiz, seçicimiz qarşısında başımız hər zaman dik olsun.
Təşəkkür edirəm.

İlahə Əliyeva

visiontv.az