Akar ilə Şoyqu telefonla danışıb
Akar ilə Şoyqu telefonla danışıb
24.11.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirən Akar, Suriyanın şimalında sabitliyi pozmağa yönəldilən təzyiq və hücumlara, mülki yaşayış məntəqələrini və vətəndaşları hədəf alan hərəkətlərə qarşı lazımi cavabın verildiyini və bundan sonra da veriləcəyini bildirib.  

Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsinə töhfə və əməkdaşlıqdan məmnunluğunu ifadə edib. 

İlahə Əliyeva