Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Koşta “X” hesabında bildirib.
Koşta münaqişə tərəflərini deeskalasiyaya, təmkinli olmağa, eləcə də beynəlxalq hüquqa riayət etməyə çağırıb.
O, Minab məktəbində günahsız insanların ölümünün təəssüf doğurduğunu vurğulayıb.
“Gərginliyin azaldılması üçün İranı region ölkələrinə qarşı qəbuledilməz hücumları dayandırmağa və diplomatiyaya üstünlük verməyə çağırdım. Xüsusən Hörmüz boğazında gəmilərinin maneəsiz hərəkətinin təmin olunması üçün BMT ilə diplomatik prosesə başlamağa dəvət etdim”, - Koşta qeyd edib.
O əlavə edib ki, Avropa İttifaqı gərginliyi azaltmağa yönəlmiş bütün diplomatik cəhdlərə töhfə verməyə hazırdır.
visiontv.az