Ağdamda 4 tona yaxın çətənə bitkisi məhv edilib
12.06.2024

Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə,  Ağdam  Rayon Polis Şöbəsinin əməkdaşlarının  "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

visiontv.az