Aclıq aksiyası keçirən fəalın xəstəxanaya köçürülməsinə icazə verilməyib
04.12.2025

Ötən gecə 39 gündür Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən milli fəal və hüquqşünas Tahir Nəqəvinin vəziyyəti ağırlaşdığı üçün həbsxananın tibb məntəqəsinə köçürülüb.

Bununla bağlı onun yaxınları məlumat yayıb.

Məlumata görə, həbsxana həkimləri məhbusun həyatını xilas etmək və daha ciddi xəsarətlərin qarşısını almaq üçün serum və ampulalar vurub, onun onun həbsxanadan qıraq xəstəxanaya köçürülməsinin vacibliyini bildirsələr də, həbsxana rəhbərliyi bununla razılaşmayıb.

Həbsxana rəhbərliyi Nəvinin yalnız həbsxana geyimi və qanadalla xəstəxanaya köçürülməsinin mümkünlüyünü, bundan əvvəl isə məhbusun bununla razılaşmadığı üçün xəstəxanaya köçürülməsinin mümkün olmadığını bildriblər.
.
Qeyd edək ki, Tahir Nəqəvi 39, Vədud Əsədi isə 38  gündürki barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Hər iki fəal ötən ilin fevral ayının əvvəllərində Vədus Əsədi Rəşt şəhərində, Tahir Nəqəvi isə Kərəc şəhərində bir neçə başqa fəalla eyni vaxtda həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

"Milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılan fəallar uzun müddətli həbs cəzasına məhkum ediliblər.

visiontv.az