Abşeronda partlayış - Xəsarət alanlar var
19.11.2020

Abşeronda sexdə partlayış olub.

Visiontv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.

Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata görə, xəsarət alanlar var.