Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu qiymətləndirməkdir.
The Times nəşrinin məlumatına görə, atasının həlak olmasından sonra Müctəba Xameneyi demək olar ki, qeybə çəkilib: o, telefon və kompüterdən istifadə etmir, xarici aləmlə əlaqəni isə yalnız etibar etdiyi şəxslər vasitəsilə saxlayır.
Məhz bu vasitəçilərin axtarışına hazırda CIA və "Mossad"ın qüvvələri cəlb olunub.
Bildirilir ki, CİA-nin Üsamə bin Ladenin axtarışı üzrə əməliyyatını xatırladan taktikadan istifadə olunur; həmin əməliyyatda kuryer şəbəkəsinin izlənilməsi uğurun açarına çevrilmişdi.
visiontv.az