Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və syasi məhbus Abbas Lesaninin xəstəxanaya yerləşdirilməsinə icazə verilməyib və ixtisaslaşmış müalicəyə çıxışı barədə müraciətlər hələ də cavabsız qalıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, həbsxananın həkimi Lisaninin ixtisaslaşmış müayinələrə ehtiyacı olduğunu təsdiqləsə də, həbsinin 11-ci ayı ərzində onun bu qanuni hüquqdan istifadəsinə imkan verilmir.
Bildirilib ki, Abbas Lesaninin bel disk xəstəliyi olduğuna görə bir neçə dəfə əməliyyat olunub. Buna görə də, həbsxanadan qıraq xəstəxanada müalicə olunmaması və təyin olunmuş dərman və əlavələrdən məhrumiyyət, habelə həbsxana şəraiti onun fiziki problemlərini və ağrılarını daha da artırıb.
Qeyd edək ki, Abbas Lisani 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq aksiya keçirdiyi vaxt həbs edilib.
Bu ayın əvvəllərində isə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi onu "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamları ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edib.
visiontv.az