Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları İmişli və Füzulidə fermerlərə təlim keçiblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları İmişli və Füzulidə fermerlərə təlim keçiblər.
"Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması" mövzusunda təlim Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) və tarlada təşkil olunub.
Dənli və dənli-paxlalı bitkilərin becərilməsi ilə məşğul olan fermerlərin qatıldığı təlimdə sözügedən bitkilərə zərər vuran zərərvericilər və onların idarə olunması, əkin sahələrində rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, aqrotexniki qulluq işləri, alaq otlarına qarşı mübarizə, dənin keyfiyyətinin yüksəldilməsi yollarından danışılıb, aqrar sahədə aparılan tədbirlər zamanı riayət edilməsi zəruri sayılan təhlükəsizlik qaydaları barədə məlumat verilib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, bundan əvvəl ADAU mütəxəssisləri Kürdəmir və Zərdabda fermerlər üçün təlim keçib.