Bu ilin axırına kimi Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsi bağlanmayacaq. Buna baxmayaraq iki ölkə arasında paraflanmış sülh müqaviləsinə uyğun olaraq normallaşma prosesi davam edəcək. İki ölkə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etməsi üçün yeni sazişlər imzalanacaq.
SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərini atəşə tutması və buna cavab olaraq ABŞ-ın SEPAH-ın hərbi obyektlərinə, o cümlədən Bəndər-Abbas limanı yaxınlığındakı mövqelərə zərbələr endirməsi, həmçinin İran nefti ilə bağlı sanksiya güzəştlərinin və lisenziyaların ləğv edilməsi göstərir ki, proseslər artıq lokal hərbi qarşıdurma müstəvisinə keçməkdədir.
NATO-nun Türkiyədə keçirilən zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı ikitərəfli danışıqlar, təbii ki, Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Xüsusilə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Türkiyənin F-35 proqramına qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-strateji əməkdaşlığın dərinləşdiyini göstərir.
İran rejim TRİP layihəsinə görə Azərbaycan və Ermənistana qarşı yenidən hərəkətə keçib.
Ermənistanda "Hayastan" blokunun lideri, sabiq prezident R. Koçaryana qarşı rəsmi şəkildə iddiham irəli sürülməsi gözlənilir. R. Koçaryanın ölkədən çıxışına qadağa qoyulub. Ermənistan MSK R. Koçaryanın həbsinə icazə verdi.
Ermənistanın Baş naziri N. Paşinyan Rusiyanın mümkün sui-qəsdlərindən qorunmaq üçün ABŞ səfirliyində qalır. Ermənistan Baş nazirinin mühafizəsi və mümkün təxribatların önləmək üçün CİA Ermənistanda fəaliyyətini genişləndirib.
ABŞ və İran arasında baş verən hərbi toqquşma Tehranın mövqeyini gücləndirib. Ötən gecə SEPAH Küveyt, İraq və BƏƏ-də olan strateji obyektlərə zərbələr endirib. İran bununla ABŞ müharibəni daha da genişləndirə bilərəm mesajını verdi.
Rusiya ilə Taliban arasında hərbi əməkdaşlıq müqaviləsinin bağlanması, Kremlin Ukrayna ilə bağlı planın tərkib hissəsidir. Dövlətlər arasında hərbi əməkdaşlıq təbii proses sayılsa da, beynəlxalq təcrid şəraitində olan Taliban Əfqanıstan ilə belə bir anlaşmanın məhz indiki mərhələdə imzalanması müəyyən suallar yaradır.
Ermənistanda keçirilən rəy sorğularına əsasən, N. Paşinyan müxalifət üzərində ciddi üstünlüyə malikdir. Rəy sorğularında onun siyasi qüvvəsi təxminən 65 % dəstək qazanıb. Əsas rəqibləri olan S. Karapetyan, R. Koçaryan və Q. Sarukyanın reytinqi isə parlament baryerini keçmək üçün kifayət etmir.
Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara başladıqlarını qeyd edib. ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır. ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub. Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində D. Tramp – V. Putin sövdələşməsi baş tutmadı.
ABŞ və İran arasında 14 maddəlik yeni razılaşma paketi müzakirə olunur. D. Tramp İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılığın əldə edildiyini qeyd edir. İran isə 14 maddəlik təklif paketini Rusiya və Çinlə müzakirə edir. İranın xarici işlər naziri A. Araqçi təkliflər paketinin müzakirəsi üçün ötən həftə Rusiyaya, bu həftə isə Çinə səfər edib. Çin də öz növbəsində İrana dörd bənddən ibarət əlavə təklif paketi təqdim edib. Tehran tərəfindən qəbul edilən təkliflərdən birinə əsasən, Çinə ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə etmək üçün daha geniş səlahiyyət verilib. Bununla da gözlənilən D. Tramp–Si Cinpin görüşü öncəsi İran öz maraqlarının qorunmasında Çinə xüsusi rol həvalə etmiş oldu.