İnsan daima bir "Dağ" qurmağa çalışar və dağın durduğu yer kimi Yer inşa etməyə çalışar.
Şəhər metafora olaraq Dağ əsasında qurular və insanları öz içinə Dağ kimi yığar.
Dilimizdə "Dağ" təbii yüksəkliyin və sərtliyin birliyi olan görünənin adıdır.
Dağın görünəni və görünməyəni birlikdədir,
Dağ özündə olan hər şeyi saf saxlar, bütün qarışıqlar Dağa söykənər, Dağ isə qarşıq yer deyildir, nə varsa özüdür, hər şey ən sərtliyi ilə, nə yumşaqlıqı ilə özüdür, Qar da, daş da. Dağla yer bitər, zirvə dağla ölçülər,
Dağın başına qoyulan Tac qardır, ən saf suyun donmuş halıdır.
Biz Dağı əsas alıb formalaşan kimliyik,
Həyat qurmağı Dağdan öyrəndik, dağı tanıdığdan sonra Yer qurmağı bildik,
Bütün münasibətlər dünyamız Dağın durduğu yer kimi durur, bunu isə Dillə qurduq.
Dağın Dili Özü, bizim Dağımız Dilimizdir.
Özümüzün əsası Dağa dayandığı üçün bizi qoruyan tək güc qaynağımız da Dilimizin dağa dönməsidir.
İnsanlığ yaşadığı dönəmlərdə fərqli cografiyaların məksunlaşması ilə Həyat qurar və Həyatın özü hər kimliyin dayandığı Yerlə ölçülər.
Türklər Dağa dayanır, Ruslar çaya dayanır, qərblilər meşəyə dayanır, ərəblər səhraya dayanır, dayandığın yer başladığın zamanın bilinməsi ilə üzə çıxar.
Öncə Dayandığın Yerdir ki, sonra Zamanın məsələsi hansı İnsanı üzə çıxaracağını təşkil edər.
Təsisin əsası nədirsə, o kimliyin bütün həyatını quracaq zaman təyinatı o nəzərin davamı olaraq Canlılığını yaşadar,
Və bu günün dili ilə sivilizasiya inşa edər,
Mədəniyyət qurar.
Hər kimlik mədəniyyət quruculuğunu bilməz,
Mədəniyyət quruculuğu dayandığın əsasla zaman tanımasındakı əsasların dəyişməzliyinin qorunması ilə dəyişənlərin idarə olunması ilə başlar.
Biz mədəniyyət quruculuğunu hələ tamamlamamış bir kimliyik,
Mədəniyyət qurma əsasımız hələ tam istifadə edilməyib.
Bu günün əsas dərdi yenə Dağdır,
Energinin dayandığı, yığıldığı və bitmədiyi tək yer Dağlardadır, Dağdır.
Qafqazların bu qədər mühüm geostrateji önəm daşıması bu səbəbdəndir,
"Dağlarda döyüş" dönəmi bitir, "Dağlara yol" dönəmi başlayır,
Bizim dağımız olmasa da dağın ətəklərində yerimiz dünənimizin bizə miras verildiyi əmanətdir,
Əmanəti qorumaq isə borcumuzdur.
İdris Heydərli
visiontv.az