Ermənistanın Baş naziri N. Paşinyan Rusiyanın mümkün sui-qəsdlərindən qorunmaq üçün ABŞ səfirliyində qalır. Ermənistan Baş nazirinin mühafizəsi və mümkün təxribatların önləmək üçün CİA Ermənistanda fəaliyyətini genişləndirib.
ABŞ və İran arasında baş verən hərbi toqquşma Tehranın mövqeyini gücləndirib. Ötən gecə SEPAH Küveyt, İraq və BƏƏ-də olan strateji obyektlərə zərbələr endirib. İran bununla ABŞ müharibəni daha da genişləndirə bilərəm mesajını verdi.
Rusiya ilə Taliban arasında hərbi əməkdaşlıq müqaviləsinin bağlanması, Kremlin Ukrayna ilə bağlı planın tərkib hissəsidir. Dövlətlər arasında hərbi əməkdaşlıq təbii proses sayılsa da, beynəlxalq təcrid şəraitində olan Taliban Əfqanıstan ilə belə bir anlaşmanın məhz indiki mərhələdə imzalanması müəyyən suallar yaradır.
Ermənistanda keçirilən rəy sorğularına əsasən, N. Paşinyan müxalifət üzərində ciddi üstünlüyə malikdir. Rəy sorğularında onun siyasi qüvvəsi təxminən 65 % dəstək qazanıb. Əsas rəqibləri olan S. Karapetyan, R. Koçaryan və Q. Sarukyanın reytinqi isə parlament baryerini keçmək üçün kifayət etmir.
Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara başladıqlarını qeyd edib. ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır. ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub. Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində D. Tramp – V. Putin sövdələşməsi baş tutmadı.
ABŞ və İran arasında 14 maddəlik yeni razılaşma paketi müzakirə olunur. D. Tramp İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılığın əldə edildiyini qeyd edir. İran isə 14 maddəlik təklif paketini Rusiya və Çinlə müzakirə edir. İranın xarici işlər naziri A. Araqçi təkliflər paketinin müzakirəsi üçün ötən həftə Rusiyaya, bu həftə isə Çinə səfər edib. Çin də öz növbəsində İrana dörd bənddən ibarət əlavə təklif paketi təqdim edib. Tehran tərəfindən qəbul edilən təkliflərdən birinə əsasən, Çinə ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə etmək üçün daha geniş səlahiyyət verilib. Bununla da gözlənilən D. Tramp–Si Cinpin görüşü öncəsi İran öz maraqlarının qorunmasında Çinə xüsusi rol həvalə etmiş oldu.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir. Bu səfər iki ölkə arasında normal münasibətlər sisteminin formalaşması istiqamətində mühüm səfər kimi xarakterizə etmək olur.
Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək. Missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, strateji və praktiki məsləhətlər verməli, nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək göstərməlidir. Bu məsləhətləşmələr xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə yönələcək.
Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqazda yeni mürəkkəb geosiyasi proseslər fonunda reallaşdı. Xüsusilə ABŞ və Gürcüstan arasında diplomatik müstəvidə canlanma və ikitərəfli təmaslar, regionda yeni sülh çağırışları prezidentin səfərini mühüm edir. Məhz prezident İlham Əliyevin Tiflisdə keçirdiyi görüşdə regional sülhün və əməkdaşlığın inkişafına hesablanıb.
ABŞ - İran arasında Pakistan və Türkiyənin vasitəçiliyi ilə 45 günlük atəşkəs rejiminin tətbiqi ilə danışıqlar gedir. Danışıqlarda əsasən Hörmüz boğazının açılması əsas müzakirə predmetidir. Əgər, İran danışıqlarda Hörmüz boğazının açılmasına razı olarsa, atəşkəs rejimi təmin oluna bilər. Qeyd edim ki, Avropa ölkələri və bir çox ölkələr üçün Hörmüz boğazı açıqdır. Amma, ABŞ özü Hormiz boğazına nəzarət etmək istəyir.
ABŞ prezidenti Donald Trampın Rusiya ilə İran məsələsində müəyyən sövdələşməyə getməsi mümkündür. Bu kontekstdə ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi və ya Kiyevə təzyiqlərin artması mümkündür. Belə təzyiqlər Ukraynanın mövqeyini dəyişmək və danışıqlara məcbur etmək məqsədi daşıya bilər. Xüsusilə, Ukraynanın tam şəkildə Rusiyaya tabe olması və kaputilyasiya imza atmasıdır.