ABŞ-nin müdafiə naziri Pit Heqset ilə İsrail müdafiə naziri İsrail Katz arasında telefon danışığı olub. Tərəflər İranı region üçün əsas təhlükə adlandırıb: “İran regional təhlükəsizliyə ən böyük təhdid olaraq qalır. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-la birlikdə çalışacağıq”. Halbuki Rusiya region və dünya üçün əsas təhlükədir. İran zəifləyib və regiondan çıxarılıb.
ABŞ administrasiyası Rusiyanı təhlükə görmür. Amma, zəifləmiş İrana qarşı hərbi əməliyyatlar keçirmək üçün İsrailə ağır bombalar və silahlar göndərilir. Təbii ki, İranda Rusiya ilə eyni təcavüzkar ölkədir. Amma, hazırda Rusiya aqressirdu və qonşularına qarşı işğal və hərbi təzyiqləri artırır.
D. Tramp Ukraynanın üzərinə getməklə təslimçi atəşkəsə məcbur etməyə çalışır.
ABŞ Ukraynanı müdafiəsiz qoyaraq, işğalçı Rusiyanı dəstəkləyir. Amma, güclü İsraili zəif İranın hərbi təcavüzündən qoruyacağını deyir.
ABŞ prezidenti D. Tramp Rusiyaya fövqəl dövlət statusu verməyə çalışır. Amma, Çin, Avropa və Türkiyə buna qarşı öz siyasətlərini ortaya qoyacaq.
Məhəmməd Əsədullazadə
visiontv.az