İrana casusluqda ittiham olunan israilli qadının bəraəti ləğv edilib
31.03.2025

İsrail Ali Məhkəməsi israilli qadını İrana casusluqda ittiham edərək, bəraət qərarını ləğv edib.

Bildirilib ki, İsrail Ali Məhkəməsi onu günahkar hesab edib və qadının düşmən ölkənin kəşfiyyatına məlumat ötürdüyünə qərar verib.

Qeyd olunub ki, qadın 2014-2018-ci illər arasında Rambod Namdar adlı kişi ilə əlaqə saxlayıb. İsrailin daxili təhlükəsizlik xidməti (Şinbet) 2022-ci ilin yanvarında Namdarla əməkdaşlıq edən beş yəhudi İsrail vətəndaşını həbs etdiyini açıqlayıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8