Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da möhkəmləndirir”.
Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da möhkəmləndirir”.
08.05.2023 MEDİA Tərəfindən

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə səfərdədir.

Visiontv.az xəbər verir ki, Emin Həsənli Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumuk və  Türkiye Harp Malulu Gaziler-Şehit Dul ve Yetimleri Derneği Genel Başkanı Mustafa İşıqla  Ankarada görüşlər keçirib.  Birlik sədri bildirib ki, Türkiyə- Azərbaycan əlaqələrinin genişləndirilməsi, qardaşlığımızın  təməlinin möhkəmləndirilməsi əsas müzakirə mövzusu olub. 

“Son 20 ildə  əlaqələrimiz yüksələn dinamikada hərəkət edir. Ulu öndər Heydər Əliyevin dediyi kmi, biz “Bir millət, iki dövlətik”.  44 günlük Vətən müharibəsi zamanı 88 milyonluq  Türkiyənin qəlbi bizimlə döyünüdü. Onların bizə mənəvi dəstəyi bizdə ruh yüksəkliyini artırırdı. Türkiyədə baş verən zəlzələ zamanı da Azərbaycan ayaqda idi. İlk mənəvi, maddi və canlı dəstək də məhz Azərbaycandan oldu. Hər bir Azərbaycan vətəndaşı sosial və siyasi statusundan asılı olmayaraq Türkiyənin bu ağır durumunda öz əlindən gələni etməyə can atırdı. Mən özüm də bir qrup qazi və ictimaiyyət nümayəndələri ilə birlikdə o ağır günlərdə Türkiyəyə gəldim. Zəlzələ bölgəsinə getdim Azərbaycandan göndərilən yardımların yerlərə çatdırılmasında iştirak etdim. Bir müddət sonra mən millət vəkilləri ilə birlikdə yenidən zəlzələ bölgəsində oldum. Lazım olan yardımların göstərilməsində iştirak etdim. Bütün bunların təməli iki ölkənin qardaşlığılna söykənir. Biz də hərbyönümlü QHT-lər olaraq qardaşlığımızın təməlinin daha da möhkəmləndirilməsinə daha səylə çalışırıq” – deyə Emin Həsənli bidirib.

Birlik sədri son günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini də yada salıb: “Bu günlərdə keçirilən "TEXNOFEST" festifalında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı bütün türk ulusuna nümunə olacaq bir qardaşlıq nümayişi idi. İlham Əliyev və Rəcəb Tayib Ərdoğanın səmimi, doğma münasibəti ölkələrimiz və xalqlarımız üçün stimuldur. İlham Əliyev burada çıxışında Ümummilli liderdən gətirdiyi ixtibas və ona etdiyi əlavə Türkiyə-Azərbaycan münasibətlərinin bu gününün sərrast ifadəsi oldu – “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” Azərbaycan Prezidentinin bu çıxışı bizim üçün bir yol xəritəsidir”.

Emin Həsənli Azərbaycan və Türkiyə Prezidentlərinin Türk dünyasının birliyi üçün gördüyü işlərin xüsusi qeyd olunmasını vacib hesab edir: “Son illərdə İlham Əliyev və Rəcəb Tayib Ərdoğanın Turanın qurulması üçün göstərdiyi səylər gözümüzün qabağındadır. İki dövlətin birliyi, strateji tərəfdaşlığı bütün türk dövlətləri üçün bir nümunədir. Bu birliyin zirvəsi isə iki dövlət arasında imzalanmış Şuşa bəyəmnaməsini imzalaması oldu. Bu gün Azərbaycan ordusu Türkiyə Silahlı Qüvvələri modelinə keçid edir. Eyni zamanda şəhid ailələrinə və qazilərə yönəlik siyasətin qurulmasında da hər iki dövlət bir-birinin müsbət təcrübəsini öyrənir və tətbiq edir”.