İranın ali rəhbərinin hərbi baş müşaviri Yəhya Rəhim Səfəvinin kiçik qızının ölkə xaricində yaşadığı ortaya çıxıb.
Məlumata görə, Səfəvinin qızı Avstraliyada məskunlaşıb və psixologiya üzrə təhsil alıb. Sosial şəbəkə hesablarında onun adının “Haniyə” olduğu qeyd edilir. İddialara görə, o, uzun müddətdir İranda yaşamır və təhsilini bu ölkədə davam etdirir.
Səfəvi ailəsinin bir çox üzvünün xaricdə yaşaması və karyera qurması barədə məlumatlar son dövrlər İran ictimaiyyətində geniş müzakirələrə səbəb olur. Bu məlumat da sosial mediada müxtəlif reaksiyalar doğurub.
visiontv.az