Əraqçinin ABŞ-a səfəri viza probleminə görə baş tutmayacaq
25.05.2026

İran xarici işlər naziri Abbas Əraqçinin Nyu-Yorka səfəri baş tutmayacaq.

 Bu barədə  İran  Xarici  İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

O qeyd edib ki, viza problemi yarandığı üçün səfər ləğv edilib.

Qeyd edək ki, Əraqçi  Çinin  BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasına dəvət olunmuşdu.

visiontv.az