Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
19.04.2024

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri təyin olunub.

Visiontv.az  APA-ya istinadən  xəbər verir ki, Alptekin Cihangir İşbilir Bakıya gələrək, səfir Cahit Bağçı ilə görüşüb. 

Onun artıq vəzifəsinin icrasına başladığı bildirilib.

Qeyd edək ki, bundan öncə həmin vəzifəni tutan Hüseyin Altınalanın səlahiyyət müddəti ötən ilin sentyabrında bitib.

visiontv.az