Rusiya Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda heç vaxt səmimi olmayıb
26.07.2024

Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında ev sahibliyi etmək üçün təkliflə çıxış edib. Azərbaycan və Ermənistan liderlərinin Londonda ikitərəfli görüşunün baş tutmaması fonunda M. Zaxarovanın Rusiyanin təklifini irəli sürməsi, təsadüfi deyil.

Rusiya Qərbin vasitəçiliyinin əleyhinədir və iki ölkə arasında danışıqlarda özünü moderator görür. Azərbaycan Rusiyanın bu təklifinə müsbət cavab verib. Ermənistan Rusiyanın vasitəçiliyini qəbul etmir və rəsmi mövqe bildirməyib.

Bu illər ərzində Rusiya Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda səmimi olmayıb. Çalışıb ki, Ermənistanın mövqeyini müdafiə etsin və nəticədə sülh əldə edilməsin.Əgər, danışıqlar baş tutsa, Moskva praktiki irəliləyişə imkan verməyəcək. Onsuzda Ermənistan tərəfinin mövqeyinə görə Moskvada ikitərəfli danışıqlar baş tutmayacaq.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az