Ac-yalavac ermənilər İrandan bu qədər silah almaq üçün pulu haradan tapırlar?
26.07.2024

İranla Ermənistan arasında 500 milyon dollarlıq silah idxalı ilə bağlı gizli müqavilənin imzalanması ilə bağlı xəbəri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan inkar edib. İranın ingilisdilli “en.mehrnews” agentliyi belə yazır.

Ümumiyyətlə, diqqət edirsizsə, Ermənistan sürətlə silahlanır. Ac-yalavac ermənilər bu qədər silah almaq üçün pulu haradan tapırlar? Azərbaycan hələ ki, bu prosesi müşahidə edir. Elə bir ciddi müqavimət yoxdur...

Düşünürəm ki, Azərbaycan rəhbərliyi bu məsələ ilə bağlı dəqiq informasiyaya malik olmalıdır. Əgər bu informasiya öz təsdiqini taparsa, bölgədə vəziyyət köklü şəkildə dəyişəcək. Bu həm də o demək olacaq ki, İran Ermənistan ilə Azərbaycan arasında müharibənin olmasında maraqlıdır. Məqsəd Azərbaycanın və Türk Dünyasına inteqrasiyanın güclənməsinin qarşısını alamaqdır...

Ağadadaşın balta söhbətini bitirib fikrimizi belə taleyüklü məsələlər üzərində cəmləşdirsək, yaxşıdır. Eyforiyaya uyub ayıqlığımız-sayıqlığımızı itirməyə haqqımız yoxdur...

Elbəyi Həsənli

visiontv.az