İran pasportu ilə yalnız 43 ölkəyə vizasız səfər etmək olar
26.07.2024

2024-cü il üçün dünyanın ən güclü və etibarlı pasportlarının siyahısı açıqlanıb.

Yeni siyahıya , Sinqapur, Yaponiya, İtaliya, İspaniya, Almaniya və Fransa başçılıq edir.

Adı çəkilən ölkələrin pasportunu daşıyan şəxslər 227 ölkənin 194-ə vizasız gedə bilərlər.

İkinci güclü pasportlar qrupuna isə Cənubi Koreya, Finlandiya və İsveç ölkəlri daxildir.

Həmin ölkələrin vətəndaşları 227 ölkənin 193-ə vizasız səfər haqqına malikdirlər.

İran pasportu isə Sudan pasportu ilə birgə siyahıda 94-cü yerdədir, iranlılar yalnız 43 ölkəyə vizasız səfər edə bilərlər.

İranın qonşusu Əfqanistan isə siyahıda sonuncu yerdə qərarlaşıb və Əfqanistan pasportunu daşıyanların yalnız 28 ölkəyə vizasız səfər etmələri mümkündür.

visiontv.az