SSRİ dağılandan sonra Ukrayna nüvə silahlarını Rusiyaya təhvil verməsəydi, bu gün Kiyev də Kreml kimi nüvə doktrinasını dəyişib “mənim ərazimə mərmi və raket atanları nüvə silahı ilə vuracam” qərarını elan edərdi.
1994-cü il Budapeşt memorandumuna görə, Ukrayna SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürdü. Kreml bunun qarşılığında Ukraynaya qarşı ərazi iddiası irəli sürməyəcəyi öhdəliyi götürdü. Görünür, Kiyev elə vaxtdan, yəni Kremllə münasibətlərinin normal olduğu dövrdən Rusiyanın gələcək siyasətindən şübhəli idi. Budapeşt memorandumunun təminatçı dövlətlərindən biri Amerika Birləşmiş Ştatları idi. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başladıqda nə imzaladığı Budapeşt memorandumunu nəzərə aldı, nə də Vaşinqton təminatçı dövlət olaraq Kremli dayandıra bildi. Bu gün bunun acısını Ukrayna çəkir.
Elxan Şahinoğlu
visiontv.az