Daha bir küçədə avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb
21.12.2024

Bakının Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Bu barədə Visiontv.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

Qurum hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.