Türkliyədə plastik əməliyyat zamanı vəfat edən sosial media fenomeni Neşe Özkanla bağlı yeni xəbər yayılıb.
BAKU.WS xəbər verir ki, doğulduğu Bursada dəfn olunan Neşenin anası qızının ölümü ilə bağlı bəzi detalları açıqlayıblar.
O qeyd edib ki, Neşe Özkanın ürəyində yırtıq olub. Plastik cərrah bunu bilə-bilə əməliyyatı həyata keçirib.
Neşe Özkan 300 000 lirəlik əməliyyata qat-qat az, yəni 50 000 lirə ödəyib.
Xatırladaq ki, Neşe qarın və sinə kiçiltmə əməliyyatına girib. Əməliyyat zamanı onun ürəyi dayanıb və vəfat edib.
İki uşaq anası olan Neşe "Gelin Evi" adlı verilişə də qatılıb.
BAKU.WS