Yaşıl Günəş və ya "Green flash" fenomeni nədir? - VİDEO
21.12.2024

"Green flash" (yaşıl parıltı) atmosfer optikası ilə əlaqəli nadir bir hadisədir. Günəşin batması və ya doğması zamanı qısa bir müddət ərzində Günəşin üst hissəsi yaşıl rəngdə görünə bilər.

Bu fenomen atmosferdə işığın sınması və səpələnməsi nəticəsində yaranır. Günəş üfüqə yaxın olduqda, işıq şüaları atmosfer qatlarında müxtəlif dalğa uzunluqlarına görə fərqli bucaqlarda sınır. Mavi və yaşıl işıq daha çox sınır, lakin mavi işıq atmosferdə daha çox səpələndiyindən, gözə yaşıl rəng daha aydın görünür. "Green flash" fenomeni təmiz hava şəraitində, dəniz səviyyəsində daha yaxşı müşahidə olunur.

Videoda bu fenomeni müşahidə edə bilərsiniz.

Neandertal

visiontv.az