Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində yerləşən Azərbaycan Polad Şirkətinin işçiləri tətil elan ediblər.
Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.
Məlumata görə, işçilər əmək haqlarının ödənilməsi və başqa hüquqlarının təmin edilməsi ilə bağlı tələblərinin yerinə yetirilməməsinə, etiraz olaraq işi dayandırıb və iş yerlərində etiraz aksiyası keçiriblər.
Dekabrın 19-u səhər saatlarından başlayan tətil bu gündə davam edir və işçilər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyanı davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, 2000-ci ildə fəaliyyətə başlayan Azərbaycan Polad Şirkətinin 500 işçisi var.
visiontv.az