Rusiya propaqandası Ərdoğanı Putinin kürəyinə bıçaq saplamaqda ittiham edirlər
Rusiya propaqandası Ərdoğanı Putinin kürəyinə bıçaq saplamaqda ittiham edirlər
13.12.2024 Bəybala Mirzəyev Tərəfindən

İranın və Rusiyanın Suriyadakı strateji məğlubiyyəti Solovyov, Skabeyeva, Platoşkin kimi propaqandistləri həddindən artıq qəzəbləndirib.

Onlar ilk növbədə Türkiyəyə qarşı çox qəzəblidirlər. Və hesab edirlər ki, Ərdoğan Əsəd rejiminin devrilməsi planına "rejissor"luq etməkdə düzgün hərəkət etməyib. Bəziləri isə hətta Ərdoğanı Putinin kürəyinə bıçaq saplamaqda ittiham edirlər.

Ancaq əsl həqiqətdə isə Ərdoğan hər şeyi düz edib. "Astana anlaşması"nın müddəalarına əməl etməyən və Əsədi himayə etməyə davam edən Rusiya və İran kimi etibarsız "tərəfdaş"lara Türkiyə lideri məhz bu cür super master-klass keçməli, Bəşər Əsədi "blits-kriq" effekti ilə siyasi səhnədən silməliydi.

Necə deyərlər, bu da Ərdoğanın öz spesifik xüsusi geosiyasi əməliyyatı oldu. Bəziləri bunu həm də "Böyük Turan" planının bir parçası kimi də qiymətləndirirlər.

Rusiya və İranın bu epizodda "oyundankənar" vəziyyətdə qalması isə rusiyalı və iranlı siyasətçiləri, ekspertləri və propaqandistləri hələ çox hiddətləndirəcək.

Bu arada Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin Suriyadakı son olaylara görə Türkiyəni ittiham etməsi də çarəsizliyin və məğlubiyyətin göstəricisidir.

İranın ali dini rəhbərii Əli Xameneinin bu gün Bəşər Əsəd rejiminin süqutuna ilk dəfə münasibət bildirərkən, Əsədin devrilməsinə görə üç ölkəni günahlandırması və bu zaman Türkiyənin adını çəkmədən, “Suriyaya qonşu olan ölkə” ifadəsini işlətməsi isə növbəti siyasi hiylədən başqa bir şey deyil.

P.S.

O ki qaldı CHP lideri Özgür Özəlin Suriya ilə bağlı yanlış mövqeyinə və onun keçmiş Əsəd rejiminin "vəkil"i kimi çıxış etməsinə, Kamal Kılıcdaroğlu kimi bir tipsizin varisindən bu cür əcaib davranış əsla təəccüblü deyil. Ancaq Ərdoğan, “Siz Dəməşq rejiminin deyil, Türkiyənin ana müxalifət partiyasısınız, odur ki, proseslərə Ankara prizmasından baxmalısınız”,- tövsiyəsi ilə CHP liderinin də cavabını yaxşı verdi.

Bəybala Mirzəyev

visiontv.az