Böyük Britaniya, Fransa Ukraynaya legionerlər və növbəti mərhələdə qoşun göndərilməsi barədə razılığa gəliblər. Legioner döyüşçülər Almaniya, Çexiya və Fransa vətəndaşlarından ibarətdir.
Rusiyanın Şimali Koreyadan əsgər gətirməsi, Ukrayna və Qərbin də eyni analoji addım atmasına gətirib çıxardı. Artıq ABŞ Ukraynaya kasetli minalar göndərib. Bu minalar Rusiya ordusunun hücumunun qarşısını almağa hesablanıb. Ümumiyyətlə, müharibənin aktiv mərhələsi başlayıb. Böyük Britaniya və Fransa sahəyə daxil olur.
Qərb Rusiyanın hücumunu durdurub, Ukraynanın hücumunu hazırlamağı planlaşdırır. Ukrayna məsələsi V. Putin üçün prinsipial və şəxsi bir məsələdi. Qərblə bütün istiqamətlərdə toqquşmağa getməyə hazır görünür. Təbii ki, Rusiyanın daha çox resurslara malik olan Qərbə qalıb gəlməsi gözlənilmir. Rusiya SSRİ deyil. İkinci dünya müharibəsində ABŞ və Böyük Britaniyanın hərbi və iqtisadi dəstəyinə görə SSRİ Almaniyanı şərq cəbhəsində məğlub etdi. Təbii ki, ABŞ Qərb cəbhəsində Almaniyani məğlub etməsəydi, Şərq cəbhəsində SSRİ süqut edirdi. Həmçinin Rusiya SSRİ daxil olan ölkələrin resurslarından istifadə edirdi.
Bu müharibə geopolitik müharibədi. Yeni dünya nizamı qurulur. ABŞ və NATO Rusiyanın qalib gəlməsinə imkan verməyəcək.
Məhəmməd Əsədullazadə
visiontv.az