Norveçin sabiq Baş naziri Bondevik: Aİ artıq tək qalıb, ABŞ geri çəkilir
12.03.2026

Gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük əhəmiyyətə malik olacaq.

 Bunu  Norveçin sabiq  Baş naziri  Kyell Magne Bondevik  XIII Bakı Qlobal Forumunda “Qlobal  Təhlükəsizlik və Güc  Balansı: Beynəlxalq  Hüquqa Hörmət, Yeni  Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, Avropa  İttifaqı artıq tək qalıb, ABŞ  tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir: “Bu da təbii olaraq  Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.

Sabiq Baş nazir qeyd edib ki, BMT-də, BMT  Təhlükəsizlik  Şurasının tərkibində dəyişikliklər olmalıdır: “Çünki hazırkı vəziyyət ədalətli deyil. Afrikanın, Ərəb dünyasının Təhlükəsizlik Şurasında daimi yeri yoxdur. Aİ-dən isə cəmi iki ölkə orada iştirak edir”.

visiontv.az