Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb.
Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədlərlə bağlı münasibətləri dayandırmağa məcbur olub, Avropa Parlamentinin səylərindən sonra 2016-cı ilin sentyabrında münasibətlərin bərpasına dair qərar verilib.
“Təəssüf ki, ötən 10 il Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək niyyətində olmadığını göstərib. Ərazi bütövlüyümüzün bərpası Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini daha da aktivləşdirib. Bütün bunlar həmin qurumun əslində hansı parametrlər əsasında fəaliyyət göstərdiyini ortaya qoyur”, - spiker qeyd edib. Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb. Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva və Səbinə Xasayeva olub.
visiontv.az