Xameneinin müavini: Ali Rəhbər sağlamdır və danışıqlara rəhbərlik edir
01.05.2026

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei tam sağlamdır və danışıqlara rəhbərlik edir.

Bu barədə İranın  Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Hüseyni Qumi bildirib.

“Düşmənin Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı iddiaları təxribatdır və məqsəd yanlış reaksiyalar doğurmaqdır”, - Qumi qeyd edib.

Onun sözlərinə görə, Ayətullah Müctəba  Xamenei atası Seyid Əli Xameneinin iqamətgahının bombalanması zamanı həyətdə olub və yüngül xəsarət alıb.

visiontv.az