Hörmüz boğazında gəmilər növbə gözləyir
01.05.2026

ABŞ və İran arasında gərginliyin artması və Hörmüz boğazında blokadanın davam etməsi fonunda bölgədə dəniz nəqliyyatında ciddi sıxlıq yaranıb.

Məlumata görə, Hörmüz boğazından keçmək istəyən çoxsaylı yük və tanker gəmiləri hazırda boğazın girişində növbə gözləməyə məcbur qalıb. Bu vəziyyət beynəlxalq ticarət və enerji daşımalarında gecikmələrə səbəb olur.

Hörmüz boğazı dünya enerji bazarı üçün əsas strateji marşrutlardan biri sayılır və burada yaranan hər bir fasilə qlobal neft və qaz daşımalarına birbaşa təsir göstərir.

visiontv.az