Bildiyiniz kimi, susuz İran meşələri təxminən bir ay yandı. Rejim beynəlxalq ictimaiyyətdən kömək istədikdə, yalnız Türkiyə bu çağırışa cavab verdi. Bu səbəbdən İran xalqı sosial şəbəkələrdə Türkiyəyə dərin təşəkkürlərini bildirmişdir.
Bunun müqabilində, molla rejimi dövlət kanallarında FHN əməkdaşlarını efirə çıxararaq təbliğat kampaniyasına başlayıb:
"Bizim su səpən təyyarələrimiz, helikopterlərimiz və kəşfiyyat dronlarımız yoxdur. Biz bunları Türkiyədən alırıq. Allaha and olsun ki, bunların hamısı şayiədir."
"Xahiş edirəm, bu şayiələrə əhəmiyyət verməyin. Ümumilikdə, Türkiyədən gələn texnika yanğın söndürüldükdən sonra ocaq qalıqlarını təmizləmək (ləkə təmizliyi) üçün nəzərdə tutulmuşdu. Onlar da cəmi iki..." (sözü yarımçıq qalır)
"Türkiyə dövlətinə təşəkkür edirəm. Onlar bizim üçün iki ədəd yüngül su səpən təyyarə və bir ədəd helikopter göndəriblər, lakin yalnız ləkə təmizliyi məqsədilə, ciddi işləri olmayıb"
visiontv.az