İsmayıl Qaaninin taleyi sirr olaraq qalır
11.03.2026

SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani ilə bağlı yayılan fərziyyələr beynəlxalq mediada diqqət çəkir. “France 24” telekanalının reportajına görə, bəzi təsdiqlənməmiş şayiələr onun İsrailə casusluq etdiyi ehtimalına işarə edir.

Ərəb mediasında Qaaninin həbs olunduğu və hətta e*dam edildiyi iddiaları yayılsa da, İran rəsmiləri hələlik bu məlumatları təsdiqləməyib. Qaaninin taleyi hələ də sirr olaraq qalır.

Son bir il yarım ərzində onun sağ qalması bir sıra digər komandirlərin ö/ldürülməsi ilə diqqət çəkib. 2024-cü ilin oktyabrında Livanda dron hücumunda ö/ldürüldüyü bildirilsə də, bir neçə gün sonra o, yüksək rütbəli hərbi komandirin dəfn mərasimində iştirak edərək, ö*lüm xəbərlərini təkzib etdi.

2025-ci ilin iyun ayında onun bir neçə digər İran rəsmisi ilə birlikdə ö*ldüyü barədə yenidən məlumatlar yayıldı, ancaq o, bu fərziyyələri puç etdi. Sosial mediada bəziləri hətta zarafatla ona “İsrail casusu” adını verdilər.

visiontv.az