Mövzu Ermənistan olduqda, Ukrayna yada düşmür
Mövzu Ermənistan olduqda, Ukrayna yada düşmür
29.11.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Yunanıstan Fransanın təlimati ilə Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini verir.

Əvəzində Fransa Yunanıstana "Rafael" qırıcılari və digər havadan müdafiə sistemləri verəcək. Qeyd edim ki, Yunanıstan bu silahlari Ukraynaya vermək əvəzinə, Ermənistana göndərir. Halbuki ABŞ Türkiyədən S400 HHM Ukraynaya verməyi təklif etmişdi. Mövzu Ermənistan olduqda, susqunluq nümayiş etdirirlər və Ukrayna yada düşmədi.

Yunanıstanın Ermənistana silahlar verməsi, sülh prosesinə mane olmaq və Türkiyə ilə əlaqələrin normallaşmasının qarşısını almaqdır. Ermənistana verilən havadan müdafiə sistemləri heç də Azərbaycana qarşı təhlükə yaratmayacaq. Fransa var qüvvəsi ilə Azərbaycana yenə problemlər açmağa çalışır. Baxmayaraq ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi bağlamağa can atır.

Yunanıstan və Fransa bu silahlari göndərməklə, N. Paşinyanı sülh gündəliyini bağlamağa sövq edirlər. Demək olar ki, N. Paşinyan Rusiya silahlarından imtina edir. Yunanıstandan göndərilən havadan müdafiə sistemlərini Ermənistan Ukraynaya göndərə bilər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az