Livan Druzlarının rəhbəri Vəlid Cümblat ayrıca mesajlarla Hizbullahı və Tehranı müharibədən çəkinməyə çağırıb.
Livanın Qəzza müharibəsinə çəkilməsinin qarşısını alamq istiqamətində, beynəlxalq təzyiqlər xüsusilə də ABŞ və Fransanın diplomatik cəhdləri davam edir.
Livan mediasının məluatına istinadən Tərəqqitələb Sosialist Partiyasının rəhbəri Vəlid Cümblat Hizbullahın bir heyəti ilə görüşərək beynəlxalq təmaslar yolu ilə əldə etdiyi məlumatı heyətə ötürüb.
O, Hizbullahın yüksək üzvlərinə müharibədən çəkinmələri üçün tövsiyələr edib.
Cümblatın fikrincə İsrailə hazırkı beynəlxalq dəstəklər ölkənin baş naziri Benyamin Netanyahunu Livana qarşı daha sərt müharibəyə sövq edə bilər.
Partiyanın rəhbəri eyni xəbərdarlığı İranın Beyruta səfiri Müctaba Əmaniyə çatdırıb.
Əmani cavab olaraq bildirib ki, “Tehran müharibə istəmir və onun yayılmasına qarşıdır. İran HƏMAS-ın İsrailə qarşı dayanmağa malik olduğu böyük imkanlara əmindir.”
Qeyd edək ki, beynəlxalq qurumlar İranın öz maraqları naminə HƏMAS-a silah və maliyyə dəstəyi göstərməklə bölgədə müharibə alovunu gücləndirməsi barədə Tehrana dəfələrlə xəbərdarlıq edbilər.
Həmçinin, bir müddət öncə İraq-Suriya marşrutu ilə Livana gedən həbri sursat karvanı İsrail ordusu tərəfindən vurulmuşdur.
Visiontv.az