Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.
Visiontv.az Report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.
Nəşr bildirib ki, hadisədə 11 nəfər ölüb.
"Welt" isə vurğulayıb ki, "BMW" markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.
Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: "Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm".
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.