Ukrayna PUA-larla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb
21.12.2024

İlkin məlumata görə, Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Respublikanın rəisi Rüstəm Minnixanov açıqlayıb.

O bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Məlumata görə, Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub.

Sözügedən addım təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb.

Visiontv.az