Kərim İsmayılzadənin vəziyyəti haqqında məlumat yoxdur
17.03.2025

Kərim İsmayılzadənin həbsindən 6 gün ötməsinə baxmayaraq, onun vəziyyəti haqqında məlumat yoxdur.

Ailəsi onun vəziyyəti haqqında məlumat əldə etməyə çalışsalar da onların bu cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, 2025-cü il martın 10-da İran hökumətinin təhlükəsizlik qüvvələri Kərim İsmayılzadənin Təbrizdəki iş yerinə basqın edərək, bu azərbaycanlı türk fəalı həbs edərək naməlum bir yerə aparıblar.

Üstündən 6 gün keçməsinə baxmayaraq, bu milli fəalın həbsinin səbəbi, məsul qurum və harada saxlandığı açıqlanmayıb. Ailəsi və yaxınları onun vəziyyəti ilə bağlı məlumatın olmamasından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Kərim İsmayılzadə Güney Azərbaycan türklərinin hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə İranın təhlükəsizlik agentləri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıb.

visiontv.az