Yeni yayılan peyk görüntüləri İranın bir neçə əyalətində yerləşən hərbi obyektlərə ciddi ziyan dəydiyini göstərir.
Məlumatı “Əl-Cəzirə” telekanalı yayıb. Bildirilir ki, görüntülərdə Sistan və Bəluçistan, Hörmüzqan, Buşehr və Xuzistan əyalətlərində yerləşən bəzi hərbi infrastrukturlarda dağıntılar müşahidə olunur.
Məlumata görə, zərər görən obyektlər arasında raket bazaları, hərbi anbarlar, hava hücumundan müdafiə sistemləri və hərbi aerodromlar var. Bu obyektlərin bir hissəsinin ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumları nəticəsində zədələndiyi qeyd olunur.
Peyk fotolarında bəzi hərbi bazalarda yanmış sahələr, dağıdılmış tikililər və zədələnmiş texnika olduğu bildirilir.
visiontv.az
“Müctəba Xameneyinin Londondakı mülkü İsrail diplomatlarını izləmək üçün istifadə olunur”