İran Prokurorluğu xaricdəki mühacirləri təhdid etdi
10.03.2026

ABŞ və İsrailin İrana hücumu fonunda Tehran hökuməti xaricdəki iranlı mühacirləri hədələyib.

Bu barədə İran Baş Prokurorluğunun yaydığı xəbərdarlıq bəyanatında deyilib.

"Xaricdəki mühacir iranllar düşmənlə əməkdaşlıq etmələri təqdirdə, İslam Cinayət Məcəlləsinə uyğun olaraq ölüm cəzası da daxil olmaqla cəzalandırılacaqlar",- bəyanatda bildirilib.

Baş Prokurorluğa görə, "İsrail hökuməti, ABŞ və ya digər düşmən ölkələr və qruplar üçün kəşfiyyat və ya casusluq fəaliyyəti" "düşmənlə əməkdaşlıq" kimi xarakterizə edilir.

Prokurorluq bu əməkdaşlığın müəyyən edilməsi meyarları və ya bu tədbirin necə tətbiq olunacağı barədə əlavə məlumat verməyib.

visiontv.az