İran rejiminə bağlı hərbi qüvvələr yaşayış məntəqələrindən, dini mərkəzlərdən, xəstəxanalardan və məktəblərdən hərbi qüvvələrin yerləşdirilməsi, raket və pilotsuz uçuş aparatları kimi silahların gizlədilməsi üçün istifadə edir.
Belə bir vəziyyət həmin məkanların hərbi hədəfə çevrilməsi riskini artırır və nəticədə mülki əhali üçün təhlükə yaradır.
Onlar sivil insanların həyatını təhlükəyə ataraq bu üsuldan informasiya və təbliğat müharibəsinin bir hissəsi kimi də istifadə etməyə cəhd edirlər.
Fars terror rejiminin fikrincə, belə yerlərə hücum baş verdikdə, daxildə və xaricdə rejimə bağlı medialar bunu mülki obyektlərə hücum kimi təqdim edə biləcək və bununla da beynəlxalq ictimai rəyə təsir göstərmək imkanı yarada biləcəkdir.
Maraqlıdır ki, bəzi şəhərlərdə hakimiyyəti dəstəkləyən qrupların küçələrdə və məscidlərdə toplaşaraq yürüşlər keçirdiyi də müşahidə olunur.
Ancaq onların bu yürüşlərdə anti-Amerika və anti-İsrail şüarları səsləndirmələrinə baxmayaraq heç bir hücuma məruz qalmırlar.
Faşist fars rejimi bilməlidir ki, beynəlxalq müharibə hüququ, o cümlədən Cenevrə Konvensiyaların prinsiplərinə görə mülki ərazilərin hərbi fəaliyyətlərdən uzaq saxlanması əsasdır və əgər onlar bu qaydaları pozaraq mülki insanların həyatını riskə atsalar bu rejim özü günəhkar sayılacaq.
Qeyd: Aşağıdakı videoda rejimə bağlı qüvvələrin məktəbə yaxın binalarda gizləndiyi və oradan qaçdıqları görünür.
Siyasi şərhçi Sadiq İsabəyli
visiontv.az