İranı qardaş bildiyi Ermənistanın İsraildə səfirliyinin olması nədənsə narahat etmir
İranı qardaş bildiyi Ermənistanın İsraildə səfirliyinin olması nədənsə narahat etmir
30.03.2023 MEDİA Tərəfindən

Azərbaycanın İsraildə səfirlik açması kimləri və nə üçün qıcıqlandırır?

Bu sual ətrafında Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, politoloq Turan Rzayev Visiontv.az saytına açıqlama verib:

"Azərbaycan müstəqil ölkədir. İstənilən bir ölkədə diplomatik korpus və səfirlik açmaq kimi hüquqi səlahiyyəti var. Ona görə də hər hansısa ölkənin Azərbaycan irad bildirməsi, pisləməsi digər bir ölkənin birmənalı şəkildə daxili siyasətinə müdaxilə deməkdir. Bu isə beynəlxalq hüquqa və BMT konvensiyalarına ziddir. Aydındır ki, dövlətimizin İsraildə səfirlik açmasına ən çox narahat olan İrandır. İran -  Azərbaycan münasibətlərinin gərginliyi fonunda rəsmi Bakını atdığı bu addım İranda ciddi qıcıq yaradıbdır.

Hətta bu yolda açıq şəkildə Azərbaycana təhdidlərdən də geri durmurlar. Amma bütün bunlar daxil olmaqla ölkəmiz heç bir ölkənin münasibətinə məhəl qoymamaqdadır. Prinsip – etibarilə bu illər ərzində Azərbaycan daim mehriban qonşuluq, regional sülh və xüsusən də İranın həssasiyyətini nəzərə alıb İraildə səfirlik açmırdı. Amma İran isə dövlətimizin xoş münasibətindən sui – istifadə edir. Hələ bu azmış kimi Ermənistanla münasibətlərini yaxşılaşdırmaqda davam edir.

44 günlük müharibədə Ermənistana daşınan 500 tona qədər silahın öz ərazisindən keçməsinə İran tərəfi icazə vermişdi. Bundan başqa Araz çayı boyunca hərbi təlimlər keçirən və bir sıra təxribatçı addımlar atan İran öz mahiyyətini açıq göstərmiş oldu. Lakin bütün bunların fonunda Azərbaycanın İsraildə səfirlik açması labüd idi. Bizə həssas yanaşdığımız ölkə bizə qarşı təxribat törədir. Azərbaycan da öz növbəsində buna layiqli cavab verməli idi. Bu səfirliyin açılması İrana verilən bir mesaj və İranın təxribatlarına layiqli cavabdı.

Əgər İrandan İsraildə səfirliyin açılmasından narahatdırsa bunun hesabını Ermənistandan soruşmalıdır. Ermənistanın İsraildə səfirliyi xeyli zamandır ki, mövcuddur. Əgər İran Qafqazda sionist ölkələrlə bağlı bəyanat verirsə ilk növbədə Ermənistan ittiham etməlidir. Hesab edirəm ki, bu mənada heç bir ölkənin bizə iradı ola bilməz. Bu iradlar mənasız və yolverilməzdi. Azərbaycan və İsrail münasibətləri artıq müttəfiqlik səviyyəsinə qədər qalxıbdı. Düşünürəm ki, biz yəhudi lobbisinin də dəstəyi ilə  907 – ci düzəlişin ləğvinə də nail olacağıq. Eyni zamanda yeni silah sənayesinin inkişafına da nail olacağıq. Eyni zmanda müxtəlif sahələrdə də əməkdaşlıqlarımız daha da inkişaf edəcəkdir. Bu isə İranı hələ çox qıcıqlandıracaqdır."

Bünyamin Bünyadzadə

Visiontv.az