İranı, Hizbullah-İsrail atəşkəsinə Makron və Bayden admnistrasiyası razı salıb
İranı, Hizbullah-İsrail atəşkəsinə Makron və Bayden admnistrasiyası razı salıb
27.11.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ və Fransanın vasitəçiliyi ilə İsraillə "Hizbullah" arasında atəşkəs əldə edildi. Əsasən, Fransa Livanda humanitar böhranın qarşısını almaq üçün ABŞ -la danışıqlar aparaq atəşkəsə nail oldu. Fransa Livanda siyasi -humanitar böhranın inkişafinda maraqlı deyil. Çünki Livanın əsas maliyyə dəstəkçisi Fransadi. Uzun illər Livan Fransanın müstəmləkəsi olub.

Qeyd edim ki, Hizbullah İsrailin Livanda quru əməliyyatının qarşısını ala bildi. Yalnız Qırıcı təyyarələr sayəsində Hizbullahs zərbələr endirməklə, daha çox Livanın infrastrukturunu sıradan çıxarırdı.

Hizbullaha logistika dəstəyi 40 ilə yaxındır ki, İran həyata keçirir. İran birdən- birə Hizbullahı ata bilməz. İranı, Hizbullah-İsrail atəşkəsinə Makron və Bayden admnistrasiyası razı salıb. Bununun müqabilində İsrail Irana qarşı əməliyyatlara son verəcək. Həmas bir neçə mərkəzə bağlıdır. Amma, Hizbullah yalnız Tehrana bağlıdır. Hizbullah Tehran üçün xüsusi əhəmiyyət kəsb edən bir təşkilatdır.

Hizbullah və İsrail arasında atəşkəsin dayanıqlığı Qəzza ilə bağlı proseslərdən asılı olacaq. Artıq ABŞ Türkiyə ilə birgə Həmasla İsrail arasında atəşkəsin əldə edilməsi barədə danışıqlara başlayacaq. Bununla da Türkiyə Yaxın Şərqdə geosiyasi proseslərin həllində fəal rol oynayacaq. ABŞ ın burada məqsədi İranı Həmasdan uzaqlaşdırmaq üçün məhz Türkiyə ilə birgə çalışacaq. Amma, İran Türkiyənin rolunu sabotaj edə bilər.

Əgər, Vaşinqton Ankara ilə çalışacaqsa, atəşkəs əldə edilə bilər. Həmçinin Fələstin dövlətinin yaradılması istiqamətində Türkiyə ABŞ-la danışıqlara aparması mümkündür. Amma, D. Trampin Ağ evə gəlməsi gedişatı tormozlaya bilər. C. Bayden yanvarın 20- kimi Yaxin Şərqdə atəşkəsə nail olmağa çalışır. Amma, bu yarımçıq atəşkəs olacaq.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini, siyasi ekspert

visiontv.az