İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi İran-ABŞ danışıqlarından söz açaraq deyib:
“Tehranın dialoq məntiqi var və danışıqlara hazırdır, ancaq qarşı tərəf zorakılıq davranışlarını dayandırmalı və bərabər əsasda danışıqların aparılmasını istəməlidir”.
İbrahim Əzizi Amerikanın hədələmələrinə də toxunaraq bildirib: “İran xaqlını təhdid etməkdən əl çəkin, əgər ABŞ bizi hədələsə, dünyanı onun üçün təhlükəli vəziyyətə salacağıq”.
visiontv.az