Milli fəal Ovçu Məhəmmədian həbsxanasından azad edilib
12.04.2025

Altı aylıq cəzasını çəkmək üçün Kərəcin (Yengi İmamın) Kəçuii Həbsxanasına köçürülən azərbaycanlı milli fəal Ovçu (Sayad) Məhəmmədian cəza müddəti başa çatdıqdan sonra 10 aprel 2025-ci il, cümə axşamı günü həbsdən azad edilib.

Qeyd edək ki, Ovçu Məhəmmədian 25 novamber 2024-cü ildə Kərəcdəki evində İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Xatırladaq ki, Ovçu Məhəmmədian əslən Qoşaçaydandır (Miandoab) və Kərəc şəhərində yaşayır. O, bundan əvvəl də sivil fəaliyyətinə və İranda türk xalqına qarşı dil və mədəni ayrı-seçkiliyə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təzyiq və təhdidlərə məruz qalıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8